Rutte: ABŞ olmadan Avropa özünü qoruya bilməz

Tarix: 26 Jan 2026 22:04

NATO-nun baş katibi Mark Rutte Avropanın və ya Aİ-nin ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı təsəvvürlərin reallığa uyğun olmadığını bildirib. APA xəbər verir ki, baş katib bunu Avropa İttifaqı deputatları qarşısında çıxışı zamanı bildirib.

Ruttenin sözlərinə görə, Avropanın müstəqil müdafiə ssenarisi nəzərə alınsa, Aİ ölkələri hərbi xərcləri təxminən ÜDM-in 10 faizinə qədər artırmalı, milyardlarla avro investisiya yatırmalı və hətta öz nüvə potensialını formalaşdırmalı olardı.

NATO baş katibi vurğulayıb ki, Avropanın ABŞ-a ehtiyacı olduğu kimi, ABŞ da NATO-ya ehtiyac duyur. O, əlavə edib ki, Vaşinqtonun qlobal prioritetlərində mümkün dəyişikliklər olsa belə, Avropada ABŞ-ın hərbi mövcudluğu hər zaman çox güclü olaraq qalacaq.

Xəbər Lenti