Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 26 Jan 2026 23:30
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin 3 fevraldan etibarən 90 gün müddətinə, yəni mayın 4-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat dərc olunub. Qanunlar parlament tərəfindən yanvarın 14-də qəbul edilib.