Aİ Rusiyanın enerji gəlirlərini azaltmaq yeni sanksiyalar hazırlayır

Tarix: 26 Jan 2026 23:01

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır.

APA "RBK-Ukraine"-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefull mətbuat konfransında bildirib. Məlumata görə, yeni məhdudiyyətlərin məqsədi Rusiyanın enerji gəlirlərini azaltmaq, “kölgə donanması”nı zərərsizləşdirmək və sanksiyalardan yayınma mexanizmlərini bloklamaqdır.

Nazir deyib ki, sanksiyalar Rusiyanın dənizdə, havada və kiberməkanda özünü göstərən hibrid təhdidlərinə qarşı yönələcək və Avropanın kritik infrastrukturunun qorunmasını gücləndirməlidir.

Xəbər Lenti