Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 26 Jan 2026 23:56
Mixail Brodoviç Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Brodoviç 1996-cı ildən Ukraynanın Xarici İşlər Nazirliyində çalışır. O, vaxtilə Ukraynanın İstanbulda və Krakov şəhərlərində Baş konsulu olub. 2015-ci ildən 2022-ci ilədək isə Ukraynanın Sloveniyadakı səfiri vəzifəsini tutub.
Qeyd edək ki, Ukraynanın Gürcüstandakı səfiri vəzifəsi 2022-ci ildən vakant idi. Zelenski Ukraynanın keçmiş səfiri İqor Dolqovu 2022-ci ilin martında geri çağırmışdı. O, bu qərarını diplomatın Rusiyaya qarşı Gürcüstan tərəfindən sanksiyaların tətbiqinə nail olmaması ilə izah etmişdi.
Cəmilə Babayeva