Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 01:20
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "USS Abraham Lincoln" nüvə aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupunun Hind okeanı akvatoriyasında tapşırıqlar yerinə yetirdiyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə CENTCOM-un "X" səhifəsində məlumat verilib. Qeyd olunur ki, yanvarın 26-da Hind okeanında hərəkət edən "USS Abraham Lincoln" aviadaşıyıcısının göyərtəsində xidmət edən dənizçilər planlı texniki xidmət işləri həyata keçirir.
Açıqlamada vurğulanır ki, aviadaşıyıcı zərbə qrupu hazırda Yaxın Şərqdə regional təhlükəsizlik və sabitliyin təmin edilməsinə dəstək məqsədilə yerləşdirilib.