Azərbaycandakı kredit ittifaqlarının aktivləri azalıb

Tarix: 28 Jan 2026 13:00

2025-ci il Azərbaycandakı kredit ittifaqları 0,3 milyon manat zərər ediblər.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü il kredit ittifaqları 0.08 milyon manat xalis mənfəət əldə etmişdilər.

Hesabat dövründə kredit ittifaqlarının xalis faiz gəlirləri 2 milyon manat (illik müqayisədə 11.1% çox), əməliyyat mənfəətləri isə 1 milyon manat (illik müayisədə 11.1% çox) təşkil edib.

2026-cı ilin yanvar ayının 1-nə kredit ittifaqlarının aktivləri 1.6% azalaraq 12,4 milyon manata bərabər olub. Bunun 10,5 milyon manatı və ya 84.7%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1% azalıb.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3.6% azalaraq 2.7 milyon manata, balans kapitalı isə 1% azalaraq 9.7 milyon bərabər olub.

Şükran Məmmədov Kredit ittifaqları Azərbaycandakı kredit ittifaqları

Xəbər Lenti