Dövlət Gömrük Komitəsi 2025-ci ildə büdcə üzrə proqnozu yerinə yetirə bilməyib

Tarix: 28 Jan 2026 15:10

2025-ci ildə gömrük xətti ilə büdcə daxilolmaları 6369,9 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 4.2% və ya 278.8 milyon manat azalıb.

Xatırladaq ki, ötən il Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 6.6 milyard manat köçürülməsi proqnozlaşdırılırdı. Beləliklə, DGK 2025-ci ildə büdcə üzrə proqnozu yerinə yetirə bilməyib.

Şükran Məmmədov DGK büdcə

Xəbər Lenti