Rusiya XİN: Aİ missiyası Ermənistanın təhlükəsizliyini təmin etmir

Tarix: 22 Nov 2023 16:21

Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən mülki missiyası bu ölkənin təhlükəsizliyini təmin etmir.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

Zaxarovanın fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Ermənistanın təhlükəsizliyini təmin etməyə kömək etmiş olardı.

Xəbər Lenti