Türkiyə XİN Qəzzada 4 günlük humanitar atəşkəsin elan edilməsinə münasibət bildirib

Tarix: 22 Nov 2023 16:14

Türkiyə Qəzzada 4 günlük humanitar atəşkəsin elan edilməsinə dair razılaşmanı müsbət hal kimi qarşılayır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Ankara əsir və məhbusların bir qisminin azad edilməsini və Qəzzaya buraxılan humanitar yardımın həcminin artırılmasını ehtiva edən razılaşmaya tam əməl olunmasını gözləyir:

“Ümid edirik ki, bu humanitar ara münaqişənin ən qısa zamanda tamamilə dayandırılmasına və iki dövlətli həll əsasında ədalətli və davamlı sülhə doğru prosesin başlanmasına kömək edəcək. Qətərin bu razılaşmaya nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”.

Xəbər Lenti