“İrəvan hələ də Moskvanın dəvətinə cavab verməyib”

Tarix: 22 Nov 2023 17:00

“Ermənistan hələ də Rusiyanın Azərbaycanla danışıqları Moskvada keçirməklə bağlı dəvətinə aydın cavab verməyib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə deyib. 

“Sentyabr, oktyabr və noyabrda Ermənistana Moskvada və çoxtərəfli tədbirlərdə danışıqlar keçirilməsi ilə bağlı dəvət göndərilib. Biz bu dəvətlərə hələ də aydın cavab almamışıq”, - deyə Zaxarova qeyd edib. 

Onun sözlərinə görə, İrəvan danışıqları Vaşinqton və Brüsseldə keçirməyə can atır.

Xəbər Lenti