Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 08:42
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 1,4% artaraq 1 barelə görə 68,31 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,61% artaraq 64,23 ABŞ dollarına bərabər olub.
Emil İsmayılov neftin qiyməti Brent WTI