Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 09:16
"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda yerləşən "Qərbi Çıraq" platformasından indiyədək 251 milyon barel (34 milyon ton) neft hasil edilib.
Bu barədə "APA-Economics" AÇG layihəsinin operatoru olan BP şirkətinə istinadən xəbər verir.
Məlumata görə, platformadan indiyədək 26-sı neft hasilatı, 1-i qaz hasilatı, 7-i suvurma quyusu, 1-i isə şlamların yenidən laylara vurulması üçün quyu olmaqla ümümilikdə 35 quyu qazılıb.
Qeyd olunur ki, AÇG-nin "Qərbi Çıraq" platformasından ilk neft əldə olunmasından artıq 12 il keçib.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.
Emil İsmayılov AÇG Qərbi Çıraq BP neft hasilatı