BFB: Mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələb 500 min manata endirilir

Tarix: 29 Jan 2026 10:38

Bakı Fond Birjası (BFB) mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi 1 milyon manatdan 500 min manata endirib.

“APA-Economics” xəbər verir ki, bunu BFnin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən Mikromaliyyə Forumunda bildirib.

Oqtay Qasımovun sözlərinə görə, bu qərar mikromaliyyə təşkilatlarının borc bazarına çıxışını asanlaşdırmaq məqsədilə qəbul olunub və yaxın zamanda rəsmi olaraq qüvvəyə minəcək.

Rahim Tarıverdiyev Bakı Fond Birjası BFB

Xəbər Lenti