Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 10:23
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika nazirinin köməkçisi Ömər Çaqroq ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi "X"də paylaşım edib.
Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında birgə layihələrin hazırlanması yolları müzakirə edilib.
Firuzə Vahid Azərbaycan Suriya enerji sahəsində əməkdaşlıq