Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 10:47
Güzgü vərəqələrin istehsal zavodunda illik 900 min kvadrat güzgü istehsalı nəzərdə tutulub.
APA xəbər verir ki, bunu “Azermirror” MMC-nin direktor müavini Eldəniz Allahverdiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Sumqayıt Sənaye Parkında 1 hektar ərazidə güzgü vərəqələrin istehsalı zavodu inşa edilib:
“Müəssisəmizdə 30 nəfərlik daimi iş yeri yaradılıb. Burada avadanlıqlar Çin texnologiyası ilə qurulub. Zavod inşa olunmazdan öncə ölkəmizə Rusiya, Çin, Türkiyə, İrandan güzgü idxal olunurdu. Artıq güzgü vərəqlərin istehsalı zavodunun məhsullarının ölkəmizin tələbatını qarşılamaqla yanaşı, xarici ölkələrə ixracı nəzərdə tutulur. Bir çox xarici ölkələrlə təklif və razılaşmalar olub. Yaxın vaxtlarda ixracımız nəzərdə tutulub. "Azermirror" MMC-nin investisiya məbləği 6 milyon 130 min manatdır. İdxal etdiyimiz məhsullara dövlət tərəfindən 600 min manata yaxın güzəşt tətbiq edilib. Gələcəkdə tələbatın artması ilə əlaqədar ikinövbəli iş qrafikinə keçiriləcək. Bununla da 30 əlavə iş yeri yaradılacaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.
Günay Elşən “Azermirror” MMC Eldəniz Allahverdiyev güzgü vərəqələrin istehsalı zavodu