Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Tarix: 29 Jan 2026 12:17

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il yanvar ayının 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

“APA-Economics” AMB-yə istinadən xəbər verir ki, 2026-cı il 1 yanvar tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 26%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə 13% və digər istehlak kreditləri üzrə 22% təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi- məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 1 faiz bəndi, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 2 faiz bəndi, avtomobil kreditləri 3 faiz bəndi, digər istehlak kreditləri 2 faiz bəndi, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə 1 faiz bəndi artıb.

Xatırladaq ki, hesabat tarixinə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 867.3 milyon manat, özəl banklar tərəfindən 22 milyard 195.7 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 883.7 milyon manat təşkil edib.

Hesabat tarixinə bankların kredit portfelinin həcmi 30 milyard 63 milyon manata bərabər olub ki, bunun da 16 milyard 106.3 milyon manatı biznes kreditləri, 9 milyard 354.2 milyon manatı istehlak kreditləri, 4 milyard 602.5 milyon manatı isə ipoteka kreditləri olub.

Şükran Məmmədov istehlak kreditləri orta faiz dərəcələri

Xəbər Lenti