Ötən il bank əmanətçilərinin depozit gəlirləri 42%-ə yaxın artıb

Tarix: 29 Jan 2026 15:02

2025-ci ilAzərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 1 milyard 282 milyon manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 41.6% və ya 376.6 milyon manat artıb. 2024-cü il banklar 905.4 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari il yanvar ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% artaraq 38 milyard 221.9 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 5 milyard manat faiz gəliri əldə ediblər.

Şükran Məmmədov bank depozitləri bank əmanətçiləri bank əmanətçilərin faiz gəlirləri faiz gəlirləri

Xəbər Lenti