Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb

Tarix: 30 Jan 2026 10:56

Ötən il Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54% və ya 114,4 milyon ABŞ dolları çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9% və ya 4 milyon ABŞ dolları çoxdur.

Emil İsmayılov İxrac İcmalı qızıl

Xəbər Lenti