Cümə, 30 Yanvar, 2026
Tarix: 22 Nov 2023 18:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ ölkələrinin bu ölkədə akkreditə olunmuş səfirləri və Aİ nümayəndə heyətinin nümayəndələri ilə görüşüb.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüşdə regional təhlükəsizliklə bağlı vəziyyət müzakirə olunub.
Tərəflər Ermənistan iqtisadiyyatının şaxələndirilməsi məsələlərini də müzakirə edib.