Cümə, 30 Yanvar, 2026
Tarix: 22 Nov 2023 22:45
“Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.
“Cəmi 46 gündə 5 min 300 fələstinli uşaq öldürülüb. Bu, gündə 115 uşağa bərabərdir. Qəzzada ölənlərin 40 faizi uşaqlardır. Belə bir vəziyyətlə heç vaxt rast gəlinməyib. Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir”, - deyə Rassel qeyd edib.