İsrail HƏMAS-ın kəşfiyyat ofislərini ələ keçirdi

Tarix: 23 Nov 2023 01:05

İsrail ordusunun paraşütçü briqadasının əsgərləri HƏMAS-ın kəşfiyyat bölməsinin ofislərini ələ keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of İsrail” məlumat yayıb.

Bildirilib ki, həmin ofislərdən kəşfiyyat materialları, texniki avadanlıq və HƏMAS-ın yeraltı infrastrukturu ilə bağlı əhəmiyyətli məlumatlar ələ keçirilib.

Xəbər Lenti