Cümə, 30 Yanvar, 2026
Tarix: 23 Nov 2023 02:26
ABŞ-Kanada sərhədində partlayan avtomobil oğurluq olub.
APA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Avtomobildə olan iki nəfər yüksək sürətlə sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən nəzarət-buraxılış məntəqəsi ilə toqquşub, nəticədə partlayış baş verib. Avtomobildə olanlar ölüb, körpünün mühafizəçisi yaralanıb.
Hadisə yerində içində partlayıcı qurğu ola bilən portfel aşkar edilib.
***
23.02
ABŞ-Kanada sərhədindəki Niaqara şəlaləsi üzərindəki körpü güclü partlayış nəticəsində 2 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
İlkin məlumatlara görə, Kanadadan ABŞ-a daxil olan avtomobildə partlayış baş verib.
Fövqəladə vəziyyətin səbəbləri açıqlanmayıb. FTB araşdırma aparır. 2 ölkəni birləşdirən körpü bağlanıb.
https://t.me/apa_az/78746