Cümə, 30 Yanvar, 2026
Tarix: 23 Nov 2023 04:19
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen G20 sammitində Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onu Ukraynanı məhv etmək cəhdində ittiham edib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.
O, əvvəlcə Hindistanın Baş Naziri Narendra Modiyə müraciət edib və qeyd edib ki, dünya bir çox böhranları yaşamaqda davam edir və dağıntıların və müharibənin eskalasiyasının, eləcə də mövcud qlobal nizamın və sülh memarlığının açıq-aşkar inkarının şahidi olub.
Sonra o, Putinə müraciət edərək onu suveren Ukraynanı məhv etmək cəhdində, eləcə də regional qeyri-sabitlik yaratmağa çalışmaqda ittiham edib.
Ursula fon der Lyayen: "Rusiya döyüşü dayandırarsa, müharibə bitər" deyib.