Cümə, 30 Yanvar, 2026
Tarix: 23 Nov 2023 10:04
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənəffüs yollarının yoluxucu xəstəliklərinin yayılması ilə bağlı Çinə rəsmi sorğu göndərib.
APA xəbər verir ki, bu barədə təşkilat “X” platformasında yazıb.
Çin sakinlərinə tənəffüs yollarının yoluxucu xəstəliklərinin riskini azaltmaq üçün tədbirləri həyata keçirmək, o cümlədən peyvənd olunmaq, sosial məsafə saxlamaq və zəruri hallarda maska taxmaq tövsiyə edilib.
Bundan əlavə, ÜST Çində məlum patogenlərin, o cümlədən koronavirusun (SARS-CoV-2) yayılmasının son tendensiyaları haqqında əlavə məlumat istəyib.