Gömrük xətti ilə büdcə daxilolmaları 13%-ə yaxın artıb

Tarix: 14 Nov 2023 11:51

2023-cü ilin yanvar -oktyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 12,7% artaraq 5 milyard 235,8 milyon manata çatıb.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 4 milyard 646,7 milyon manat təşkil edib.

Xəbər Lenti