Ermənistan Baş prokurorluğu Qaqik Tsarukyanın əmlaklarının müsadirəsini tələb edir

Tarix: 23 Nov 2023 15:16

Ermənistan Baş prokurorluğu Qaqik Tsarukyanın bir sıra əmlakının müsadirəsini tələb edir.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Tsarukyana aid 79 daşınmaz əmlakın, 42 nəqliyyat vasitəsinin, 86 milyard dram pul vəsaitinin, 39 hüquqi şəxsin səhmlərinin və paylarının müsadirə edilməsi tələb olunur.

Qeyd edək ki, bir müddət əvvəl məhkəmə Tsarukyana və ona bağlı şəxslərə bir sıra daşınar və daşınmaz əmlak üzərində sərəncam verməyi qadağan edib.

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” ("Prosperous Armenia”) partiyasının lideri, iş adamı Qaqik Tsarukyan və ailə üzvlərinin barəsində onlara məxsus qanunsuz yolla əldə edilmiş əmlaklarla bağlı araşdırma aparılır.

Xəbər Lenti