KTMT Birləşmiş Qərargahının yeni rəisi təyin edilib

Tarix: 23 Nov 2023 17:15

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının yeni rəisi təyin edilib.

APA xəbər verir ki, bu vəzifəyə Rusiya nümayəndəsi, general-polkovnik Andrey Serdyukov təyin olunub.

Andrey Serdyukov KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin, 2016-cı il oktyabrından Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanıdır.

Serdyukov həmçinin, Suriyada 2019-cu ilin aprel-sentyabr aylarında Rusiya kontingentinə komandanlıq edib.

Qeyd edək ki, Serdyukova qədər KTMT-nin Birləşmiş Qərargahına Anatoli Sidorov rəhbərlik edib.

Xəbər Lenti