Cümə axşamı, 5 Mart, 2026
Tarix: 13 Feb 2026 10:42
Keir Starmer Böyük Britaniyanın və Qərb müttəfiqlərinin birgə silah alışı və yenidən silahlanma xərclərini azaltmaq məqsədilə çoxmillətli müdafiə təşəbbüsü yaradılmasını təklif etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, Starmer bu təşəbbüsü bu həftə sonu Münhendə keçiriləcək Təhlükəsizlik Konfransında çərçivəsində irəli sürəcək.
Bildirilir ki, Baş nazir konfrans zamanı digər ölkə liderləri ilə keçirəcəyi qapalı görüşlərdə müttəfiqlərlə müdafiə sahəsində daha sıx əməkdaşlığa çağırış edəcək.
İlqar Xudiyev Böyük Britaniya Starmer Avropa üçün çoxmillətli müdafiə təşəbbüsü