Cümə, 13 Ferval, 2026
Tarix: 13 Feb 2026 12:28
Gürcüstan hökuməti Abxaziya ərazisindən keçən dəmir yolunun bərpası məsələsi üzrə Rusiya ilə heç bir danışıq aparmır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında münasibətlərin bərpasının bir sadə şərti var ki, bu da Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır.
Qeyd edək ki, ötən gün Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Abxaziya üzərindən Gürcüstanla dəmir yolu əlaqəsinin bərpası imkanlarını nəzərdən keçirir.
Xatırladaq ki, Rusiya və Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolu sovet dövründə mövcud olub. Yol Soçi və Tbilisi şəhərlərini Suxumi və Poti vasitəsilə əlaqələndirirdi. 1990-cı illərin əvvəlində Abxaziyadakı müharibədən sonra dəmir yolu vasitəsilə sərnişin və yük daşımaları dayandırılıb. Hazırda dəmir yolu xətti yarımdağınıq vəziyyətdədir.
Cəmilə Babayeva Papuaşvili Gürcüstan dəmir yolu əlaqəsinin bərpası Rusiya