Cümə, 13 Ferval, 2026
Tarix: 13 Feb 2026 12:17
Altı illik fasilədən sonra Rusiya və Çin arasında sərnişin qatarının fəaliyyəti bərpa olunur.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları (RJD) məlumat yayıb.
Bildirilib ki, Zabaikalsk-Mancuriya sərnişin qatarı 8 martda yola düşəcək.
Reys 2020-ci ildən bəri ilk dəfə bərpa olunacaq.
"Qatarlar həftədə iki dəfə: çərşənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək. Səyahət müddəti təxminən 25 dəqiqədir", - Rusiya Dəmir Yolları bildirib.
Fərid Əkbərov Rusiya Çin sərnişin qatarı