Cümə, 13 Ferval, 2026
Tarix: 13 Feb 2026 13:29
ABŞ Ukraynaya gələcəkdə Rusiyanın təcavüzünə qarşı təhlükəsizlik zəmanətlərini Kiyev və Moskva arasında müharibəni bitirəcək ümumi bir razılaşma əldə edilməyincə verməyəcək.
APA xəbər verir ki, bu barədə “Politico” 2 avropalı və bir ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, bu, heç də Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq üçün edilmir, sadəcə ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarını poza biləcək hər hansı bir razılaşmaya qol çəkmək istəmir.
“Bu, sülh danışıqlarını pozarsa, onun heç bir mənası olmayacaq”, - Tramp administrasiyasından yüksək rütbəli məmur bildirib.
İlqar Xudiyev ABŞ Rusiya Ukrayna sülh danışıqları təhlükəsizlik zəmanətləri