Cümə, 13 Ferval, 2026
Tarix: 13 Feb 2026 12:51
Çin və ABŞ narkotiklərlə mübarizə sahəsində kəşfiyyat mübadiləsi aparıb.
APA xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Hər iki ölkənin nümayəndələri fevralın 9-dan 12-nə qədər görüşlər keçirib.
“Çin və ABŞ-dan olan komandalar narkotiklərlə bağlı vəziyyəti dərindən müzakirə edib. Kimyəvi maddələrə nəzarət, çirkli pulların yuyulması, zərərli onlayn informasiyaların təmizlənməsi sahələrində fikir mübadiləsi aparılıb”, - Çinin “Xinhua” agentliyinin məlumatında qeyd edilib.
Məlumatda o da bildirilib ki, Çin və ABŞ praqmatik şəkildə narkotiklərlə mübarizə üzrə əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Toğrul Quluzadə Çin ABŞ narkotiklərlə mübarizə