“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin İrəvanda görüşü başlayıb - VİDEO

Tarix: 13 Feb 2026 14:28

Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa öz işinə başlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilib ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda keçiriləcək dəyirmi masa iki gün davam edəcək.

Qeyd edək ki, ötən il 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər edib.

https://t.me/apa_az/113424

İlqar Xudiyev Sülh körpüsü Azərbaycan Ermənistan

Xəbər Lenti