Cümə, 13 Ferval, 2026
Tarix: 13 Feb 2026 13:49
Moskva hələ ki, "Sülh Şurası" ilə bağlı mövqeyi barədə qərar verməyib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bu məsələ üzərində işləməyə davam edir.
Peskov vurğulayıb ki, Rusiya Qəzzaya 1 milyard dollar yardım ayırmaq qərarına gələn yeganə ölkə olaraq qalır və bunu unutmamaq vacibdir.
Kremlin sözçüsü onu da bildirib ki, Rusiya və ABŞ mümkün iqtisadi əməkdaşlığı müzakirə edirlər, lakin Ukraynada razılaşma əldə olunana qədər hər hansı konkret detalların müzakirə olunması ehtimalı azdır.
Fərid Əkbərov Moskva "Sülh Şurası" Rusiya ABŞ