Cümə, 13 Ferval, 2026
Tarix: 13 Feb 2026 15:02
Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, prezidentin köməkçisi Vladimir Medinskinin Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini söyləyib.
Kremlin sözçüsü danışıqların Rusiya- Ukrayna-ABŞ üçtərəfli formatında keçiriləcəyini qeyd edib.
Fərid Əkbərov Ukrayna Rusiya ABŞ danışıqlar Cenevrə Kreml Peskov