Zelenskinin Ofisi Rusiya və ABŞ-ın iştirakı ilə növbəti danışıqların Cenevrədə keçiriləcəyini təsdiqləyib

Tarix: 13 Feb 2026 16:26

Ukrayna Prezidentinin Ofisi Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.

APA-nın "Evropeyskaya pravda"ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Volodimir Zelenskinin müşaviri Dmitri Litvin bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.

"Bu günə olan vəziyyətə görə, Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür”, - Zelenskinin müşaviri vurğulayıb.

Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün Rusiya, Ukrayna və ABŞ arasında danışıqların keçiriləcəyini bildirib.

İlqar Xudiyev Ukrayna ABŞ Rusiya sülh danışıqları Cenevrə görüşü

Xəbər Lenti