Merts: Avropa potensialından lazımi səviyyədə istifadə etməyib

Tarix: 13 Feb 2026 17:27

Avropa öz potensialından lazımi qədər istifadə etməyib.

APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

“Rusiyada hazırda ÜDM 2 trilyon avro təşkil edir. Avropa İttifaqında bu rəqəm 10 dəfə daha yüksəkdir. Buna baxmayaraq, Avropa Rusiyadan 10 dəfə güclü deyil”,- Merts qeyd edib.

O bildirib ki, Avropanın hərbi, siyasi, iqtisadi və texnoloji sahələrdə potensialı böyükdür.

“Təəssüf ki, biz bu sahələrdə olan potensialımızdan uzun müddətdir ki, kifayət qədər istifadə etməmişik. İndi başa düşmüşük ki, böyük güclərin hökmranlıq dövründə bizim təhlükəsizliyimizi bizə heç kim verməyəcək, təhlükəsizliyimiz təhlükə altındadır”,- Almaniya kansleri xəbərdarlıq edib.

Toğrul Quluzadə Almaniya Merts Avropa Rusiya

Xəbər Lenti