Pakistanda yol qəzasında 13 nəfər ölüb

Tarix: 13 Feb 2026 18:04

Pakistanın Karaçi bölgəsində avtobus və digər nəqliyyat vasitələri yanacaq daşıyan maşınla toqquşub.

APA Pakistan mediasına istinadən xəbər verir ki, nəticədə azı 13 nəfər ölüb.

Məlumata görə, avtobus və digər maşınlar yolun yanlış tərəfində hərəkət edib.

Ölənlər arasında qadın və uşaqlar da var.

Toğrul Quluzadə Pakistan qəza avtobus 13 ölü yanacaq maşını

Xəbər Lenti