İsveç Ukrayna üçün ABŞ silahlarının alınmasına 100 milyon dollar ayırıb

Tarix: 13 Feb 2026 19:57

İsveç Ukrayna üçün ABŞ silahlarının alınmasını həyata keçirən PURL təşəbbüsünə 100 milyon dollar (təxminən 84 milyon avro) vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Bildirilir ki, İsveç bu vəsaiti Niderland, Norveç və Böyük Britaniya ilə birlikdə ümumi dəyəri 500 milyon dollar olan birgə yardım paketinə töhfə olaraq verir.

İlqar Xudiyev İsveç Ukraynaya silah alışı ABŞ silahı

Xəbər Lenti