Cümə, 30 Yanvar, 2026
Tarix: 14 Nov 2023 12:39
Son 10 gündə daha 200 000 insan Qəzzanın şimalını tərk edib.
APA ABC telekanalına istinadən xəbər verir ki bu barədə BMT-nin Humanitar məsələlərin Koordinasiyası üzrə Agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri və HAMAS arasında döyüşlərin getdiyi bir zamanda noyabrın 5-dən bəri Qəzzanın şimalını daha 200 000 fələstinli tərk edib.
BMT Agentliyi bildirib ki, Qəzzanın şimalında yalnız bir xəstəxana xəstələri qəbul edə bilir. Digər xəstəxanalar artıq fəaliyyət göstərə bilmir və əsasən sığınacaq kimi istifadə edilir.