- Cümə, 10 Yanvar, 2025
Tarix: 05.02.2024 10:13
Bu gün geomaqnit qasırğası gözlənilir.
Bu barədə APA-ya BDU-nun Astrofizika kafedrasından bildirilib.
Qeyd edilib ki, fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Vurğulanıb ki, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.