Şənbə, 14 Ferval, 2026
Tarix: 14 Feb 2026 15:38
Ukrayna Prezidenti Volodimir Zelenski İran hakimiyyətinin dayandırılmalı olduğunu deyib.
APA xəbər verir ki o, bu barədə Münxen Təhlükəsizlik Şurasındakı çıxışında deyib.
“Bu gün İran xalqının dünyadan gözləntisi Ukraynanın 24 fevralda- Rusiyanın işğala başladığı zaman ehtiyac duyduğu şeydir. İrandakı rejim kimi rejimlərə vaxt verilməməlidir. Onlara vaxt veriləndə, sadəcə daha çox insan öldürürlər. İran rejimi dərhal dayandırılmalıdır”, - Zelenski vurğulayıb.
Ukrayna lideri “Şahed” dronları barədə danışarkən qeyd edib ki, İran bu dronları Rusiyaya verdiyi ilk vaxtlarda, bu sadə dronlar asanlıqla vurulurdu. İndi isə dronlar dəyişib.
"“Şahed” dronlarının qırıcı mühərrikləri var və müxtəlif hündürlüklədə uça bilirlər. Bu dronlar Starlinkdən istifadə edirlər”,- Zelenski bildirib.
O əlavə edib ki, Ukraynanın İran hakimiyyəti ilə heç vaxt konflikti olmayıb.
“Bizim İranla sərhədimiz yoxdur və heç vaxt İran rejimi ilə münaqişəmiz olmayıb. Amma onların Rusiyaya satdığı “Şahed” dronları bizim insanlarımızı öldürür, infrastrukturumuzu məhv edir”, - Ukrayna lideri qeyd edib.
Toğrul Quluzadə Zelenski Ukrayna İran