ABŞ-la İran arasında danışıqlar gələn həftə İsveçrədə davam edəcək

Tarix: 15 Feb 2026 00:29

Oman gələn həftə Cenevrədə ABŞ-la İran arasında danışıqları təşkil edəcək.

APA xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Qobet bildirib.

"İsveçrə Xarici İşlər Nazirliyi tərəflərlə əlaqə saxlayır və münaqişənin gərginliyinin azaldılmasına yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazır olduğunu bir daha bildirir. Bu kontekstdə Xarici İşlər Nazirliyi Oman Sultanlığının gələn həftə Cenevrədə ABŞ və İran arasında danışıqları təşkil edəcəyini təsdiqləyir", - Qobet deyib.

Xəbər Lenti