21 aptekdə yoxlama aparılıb, 3-də nöqsanlar aşkarlanıb

Tarix: 05.02.2024 16:16

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin yanvar ayı ərzində respublikanın digər şəhər və rayonlarında 21 aptekdə planlı yoxlama aparılıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Xəbər Lenti