, 15 Ferval, 2026
Tarix: 15 Feb 2026 11:01
Bu gün ABŞ dövlət katibi Marko Rubionun Slovakiya və Macarıstana iki günlük səfəri başlayır. APA-nın xəbərinə görə, Dövlət Departamentinin ötən həftə yaydığı məlumatda bildirilmişdi ki, Marko Rubio səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq və NATO qarşısında öhdəliklər də daxil olmaqla ikitərəfli məsələləri müzakirə edəcək. Dövlət katibi jurnalistlərə aşıqlamasında deyib ki, Slovakiya və Macarıstan ABŞ-la güclü münasibətləri olan, sıx əməkdaşlıq edən ölkələrdir: “Bu ölkələrə səfər etmək üçün yaxşı imkandır, həm də indiyədək getmədiyim iki ölkədir”. Qeyd edək ki, Marko Rubio bazar günü Bratislavada Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşəcək. Robert Fitso ötən ay Floridada ABŞ Prezidenti Donald Trampla bir araya gəlib. Dövlət katibinin bazar ertəsi isə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşəcəyi gözlənilir.
Marko Rubio Slovakiya Macarıstan Robert Fitso Orban