Ukrayna Ordusu Rusiyada neft anbarı və terminalına zərbə endirib

Tarix: 15 Feb 2026 12:17

Ukrayna Ordusu Rusiyanın Krasnodar diyarında neft anbarı və terminalına zərbə endirib.

APA xəbər verir ki, bununla bağlı Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev paylaşım edib.

Volna qəsəbəsində pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində neft anbar və terminalda yanğın başlayıb, iki nəfər xəsarət alıb.

Kuban operativ qərargahının yaydığı məlumatda yanğının 2,2 min kvadratmetr sahəni əhatə etdiyi bildirilib.

Yanğının söndürülməsinə 165 nəfər şəxsi heyət və 45 texnika cəlb olunub.

Ukrayna Rusiya Krasnodar neft anbarı neft terminalı

Xəbər Lenti