Si Cinpin Çində azalan doğum səviyyəsinin sabitləşdirilməsini vacib sayıb

Tarix: 15 Feb 2026 13:16

Çin hakimiyyəti demoqrafik çağırışlar fonunda doğum səviyyəsinin sabitləşdirilməsi üçün səyləri gücləndirməlidir.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin “Çyuşi” jurnalında dərc olunan məqaləsində bildirib.

Çin lideri vurğulayıb ki, nikah və uşaq dünyaya gətirmə ilə bağlı fəal baxış təşviq edilməli, yeni doğulanların sayının sabitləşdirilməsi istiqamətində səylər göstərilməlidir. O, konkret tədbirlər sırasında doğumun dəstəklənməsi sisteminin gücləndirilməsini, uşaqların tərbiyə və təhsili zamanı ailələrin yükünün azaldılmasını, həmçinin uşağa qulluq üzrə məzuniyyət sisteminin təkmilləşdirilməsini qeyd edib.

Son illərdə Çin hakimiyyəti doğum səviyyəsinin artırılması və “gümüş iqtisadiyyatı”nın (yaşlı əhalinin alıcılıq potensialından istifadəni hədəfləyən model) inkişafı üçün davamlı tədbirlər həyata keçirir. Hökumət azyaşlılara qulluq sistemini genişləndirir, uşaq dünyaya gətirməyə əlverişli sosial mühit formalaşdırmağa çalışır, təhsil, mənzil və məşğulluq sahələrində vətəndaşlara dəstəyi artırır.

2022-ci ildə Çinin əhalisi son 60 ildə ilk dəfə olaraq azalmağa başlayıb və 850 min nəfər azalıb. 2023, 2024 və 2025-ci illərdə isə azalma müvafiq olaraq 2,08 milyon, 1,39 milyon və 3,39 milyon nəfər təşkil edib.

Si Cinpin Çin Xalq Respublikasının Sədri Çin doğum

Xəbər Lenti