Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 00:43
ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olacağı təqdirdə İsrailə İrana zərbələrini dəstəkləyəcəyi ilə bağlı zəmanət verib.
APA xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp bu mövqeyini 2025-ci ilin dekabr ayının sonlarında İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib.
“CBS News”un məlumatına görə, Pentaqon və ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri İsrailin İrana qarşı yeni zərbələrini dəstəkləmək imkanlarını müzakirə edirlər.
Qeyd olunur ki, ABŞ administrasiyası daxilində gedən müzakirələr əsasən ABŞ-ın necə kömək edə biləcəyi, o cümlədən İsrail təyyarələrini yanacaqla təmin etmək və onların üçüncü tərəf ölkələri üzərindən uçması üçün icazə almaqla bağlı aparılır.