Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 24 Nov 2023 01:51
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Ukraynanın Rusiya ilə danışıqlar prosesinə cəlb oluna biləcəyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Bloomberg” agentliyinə müsahibəsində danışıb.
Landsberqis qeyd edib ki, Ukraynanın hazırda raket sistemləri və döyüş sursatları yoxdur. Bundan əlavə, Avropa Birliyində qərarların qəbulu prosesinin uzun sürməsi Kiyevi Rusiya ilə danışıqlara cəlb olunacağı şəraitə sala bilər.