39 fələstinli məhbus bu gün İsrail həbsxanasından azad ediləcək

Tarix: 24 Nov 2023 01:26

İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində İsrail həbsxanasından 39 fələstinli məhbus bu gün azad ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail rəsmisi CNN-ə bildirib.

Qeyd edək ki, Qəzzada atəşkəs bu gün səhər saatlarında qüvvəyə minəcək.

Xəbər Lenti